
Bakı şəhərinin Nizami rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Məlumata görə, İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev kirayədə yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Hadisə nəticəsində Ramazan Məmiyev həyatını itirib. Digər zəhərlənən şəxs – İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ilə bağlı həkimlər tərəfindən müvafiq tibbi yardım göstərilir.