
Qəsəbə sakinlərinin verdiyi məlumata görə, Saray qəsəbəsində yerləşən H. Axundov adına 3 saylı tam orta məktəbin şagirdi, Dadaşzadə Tahir Tamerlan oğlu dəm qazından boğularaq həyatını itirib.
Hadisə yanvarın 5-də qeydə alınıb. İlkin məlumatlara əsasən, məktəblinin anası da dəm qazından zəhərlənib. Hazırda qadının vəziyyətinin ağır olduğu bildirilir. Onun oğlunun vəfatından hələlik xəbərsiz olduğu qeyd olunur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.