
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsində Avropa ölkələrini təzyiq altında qoyması fonunda ABŞ mallarına qarşı ciddi iqtisadi addımlar atmağı nəzərdən keçirir.
Məlumata görə, Aİ təxminən 107 milyard dollar dəyərində ABŞ mallarına tarif tətbiq etmək və ya ABŞ şirkətlərinə bir sıra məhdudiyyətlər qoymaq imkanlarını qiymətləndirir. Bu addım transatlantik ticarət münasibətlərində gərginliyi artırmaqla yanaşı, qarşılıqlı dialoq üçün də siyasi mesaj rolunu daşıyır.
Aİ rəsmiləri yaxın günlərdə bu tədbirlərin reallaşdırılması ilə bağlı qərarını açıqlaya bilər.