
Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1 500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir və “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur.
İRİA vurğulayıb ki, paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdıraraq fərdi məlumatlarını paylaşmağa sövq edir.
Vətəndaşlar yalnız rəsmi kanallardan məlumat almalı, şübhəli linklərə və paylaşımlara aldanmamalıdırlar.