Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ kəşfiyyat mənbələrinə istinadla yayılan xəbərlər, hansı ki, Rusiya Prezidenti Vladimir Putinin sovet imperiyasını bərpa etmək, Şərqi Avropa ölkələrinə təsirini artırmaq və Avropada SSRİ-nin təsir zonasını yenidən qurmaq planları olduğu iddia edilir, reallığı əks etdirmir.
Peskov açıqlamasında deyib:
“Əvvəla, biz onların nə dərəcədə etibarlı olduğunu bilmirik. Bəli, bəzi ayrı-ayrı məlumatları görmüşük, hətta doğru olsa belə, bu, kəşfiyyatın yanlış mülahizələr və nəticələr çıxarmasıdır. Bu, qətiyyən reallığa uyğun deyil.”
O əlavə edib ki, yayılan iddialar spekulyativ xarakter daşıyır və Rusiya rəhbərliyinin belə planları yoxdur.