
“MV Hondius” kruiz gəmisində hantavirus infeksiyasına yoluxma halları qeydə alınıb.
Realmedia.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, hazırda gəmidə ümumilikdə 11 yoluxma halı aşkarlanıb. Yoluxanlardan üç nəfər həyatını itirib.
ÜST rəhbəri bildirib ki, xəstələrin doqquzunda “Andes” hantavirusu laborator şəkildə təsdiqlənib. Digər iki nəfərdə isə xəstəliyin olması ehtimal edilir.
“Bütün yoluxma halları gəminin sərnişinləri və ya ekipaj üzvləri arasında qeydə alınıb”, - deyə Tedros Adhanom Qebreyesus qeyd edib.
Məlumat İspaniyanın Baş naziri Pedro Sánchez ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında açıqlanıb.