
Realmedia.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində İranda etiraz iştirakçılarına böyük həcmdə silah göndərməyə cəhd edildiyini açıqlayıb.
O bildirib ki, göndərilən silahların bir hissəsi kürd qüvvələrinə verilib:
“Biz çoxlu silah göndərdik, onları kürdlərə verdik”, – deyə Tramp qeyd edib və ehtimal edib ki, həmin silahlar kürd qüvvələrinin əlində qalıb.
Qeyd edək ki, İran ərazisində iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin ucuzlaşmasından sonra başlayıb və qısa müddətdə ölkənin bir çox iri şəhərlərinə yayılıb.
Yanvarın 8-dən etibarən, İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, etirazçılar arasında silahlı qruplar da meydana çıxıb.
Tehranda baş verən iğtişaşların təşkilinə görə məsuliyyət isə İsrail və ABŞ üzərinə qoyulub.