
İsrail Müdafiə Qüvvələrinin (IDF) İranın Məşhəd şəhərinə hava zərbələri endirdiyi bildirilir.
Realmedia.info xəbər verir ki, hadisə İranla İsrail arasında davam edən hərbi qarşıdurma fonunda baş verib. Yerli və beynəlxalq mənbələrə görə, hücum nəticəsində şəhər ərazisində partlayış səsləri eşidilib və bəzi obyektlərdə yanğın qeydə alınıb.
Məlumata əsasən, Məşhəd şəhəri İranın ikinci ən böyük şəhərlərindən biri olmaqla yanaşı, strateji və hərbi əhəmiyyətə malik ərazilərdən hesab olunur. Daha əvvəl də şəhər ətrafında yerləşən bəzi hərbi obyektlərin hədəf alındığı bildirilmişdi.
Qeyd edək ki, 2026-cı ilin fevral ayından etibarən İsrail və ABŞ tərəfindən İran ərazisinə qarşı genişmiqyaslı hava hücumları həyata keçirilir və bu hücumlar ölkənin müxtəlif şəhərlərini əhatə edir.