
Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Bu barədə konsulluğun yaydığı rəsmi bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, mövcud vəziyyətlə əlaqədar olaraq Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti dayandırır və konsulluq xidmətlərinin nə vaxt bərpa olunacağı barədə məlumat daha sonra açıqlanacaq.
Xatırladaq ki, martın 8-də Rusiyanın İsfahandakı konsulluq binasına hava zərbələri endirildiyi barədə məlumat yayılmışdı.