
İran tərəfindən İsrail ərazisinə kaset başlıqlı ballistik raket atıldığı bildirilib. Hücum nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu açıqlanıb.
Məlumatlara görə, raketin düşməsi nəticəsində yaşayış məntəqələrində partlayışlar baş verib. Hadisə zamanı bir nəfərin həyatını itirdiyi, bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar dərhal xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, hücum zamanı istifadə edilən kaset tipli döyüş başlığı havada parçalanaraq geniş əraziyə çoxsaylı partlayıcı elementlər yayır və bu da mülki əhali üçün ciddi təhlükə yaradır.
Hadisə yerinə xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub, dağıntılar altında qalanların olub-olmaması araşdırılır. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

