
Rusiyanın Krasnoyarsk diyarında yerləşən Kerbo meteostansiyası son 24 saat ərzində Yer üzünün ən soyuq nöqtəsi olub. Ölçmələrə görə, temperatur -48,5°C təşkil edib.
İkinci və üçüncü ən aşağı temperatur isə yenə Rusiyada qeydə alınıb: Yakutiyanın Komaka stansiyasında -47,9°C, Şelaqontsı kəndində isə -47,3°C ölçülüb.
Ekspertlər qeyd edirlər ki, bu soyuq hava kütləsi bölgədə qeyri-adi deyil, lakin belə ekstremal temperaturun ölçülməsi meteoroloji baxımdan diqqətəlayiq hadisədir.