
Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.
Realmedia.info xəbər verir ki, əldə olunan məlumata əsasən, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.
İlkin məlumata görə, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, Rəcəb Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin hərbçi xilas edilib, lakin özü həyatını itirib.
Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində dəfn olunub. Onun ailəli olduğu, övladının olmadığı bildirilib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.