
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevain Zəngilan səfəri zamanı çəkilən yeni fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb.
Yayılan görüntülərdə Prezident və birinci xanımın çay kənarında səmimi anları əks olunub. Təbiət qoynunda lentə alınan fotolar istifadəçilər tərəfindən geniş şəkildə paylaşılıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, dövlət başçısı və birinci xanım Zəngilan səfəri çərçivəsində bölgədə həyata keçirilən bir sıra layihələrlə tanış olub, sakinlərlə görüş keçiriblər.

