
"Mərkəzi Nəbatat Bağı"nda yeni kadr təyinatı həyata keçirilib.
Müvafiq əmrə əsasən, Gülşən Vəliyeva qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Xanlar Vəliyevin qızıdır.
Yeni təyinatın "Mərkəzi Nəbatat Bağı"nın fəaliyyətinin daha da təkmilləşdirilməsi və idarəetmə prosesinin gücləndirilməsi məqsədi daşıdığı bildirilir.
Realmedia.info