
2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə humanitar yardım aksiyası həyata keçirilib.
Realmedia.info xəbər verir ki, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə həyata keçirilən layihə Azərbaycanın Pakistandakı səfirliyi vasitəsilə icra olunub.
Layihə çərçivəsində daşqınlardan zərər çəkmiş 400 ailəyə əsas ərzaq məhsulları və gündəlik tələbat mallarından ibarət yardım paketləri təqdim edilib.
Qeyd edilib ki, bu humanitar təşəbbüs Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla, qarşılıqlı həmrəylik və dəstəyin vacibliyini bir daha nümayiş etdirib.


