
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.
Realmedia xəbər verir ki, xeyriyyə aksiyası “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilib. Aksiya zamanı könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan ümumilikdə 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub.
Layihənin əsas məqsədi bayram günlərində sosial dəstəyə ehtiyacı olan ailələrə diqqət və qayğı göstərmək, həmrəylik və paylaşma dəyərlərini təşviq etməkdir.
Qeyd edək ki, “Bizim Mətbəx” sosial layihəsi mütəmadi olaraq aztəminatlı ailələr, yaşlılar və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün xeyriyyə aksiyaları həyata keçirir.




