
Valideynlərinin soyadları fərqli olduğu hallarda 2025-ci il ərzində uşaqların qeydiyyatı ilə bağlı statistik məlumat açıqlanıb.
Realmedia.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il ərzində qeydiyyat şöbələri tərəfindən 185 uşaq ananın soyadı ilə qeydə alınıb.
Qeyd olunub ki, 2026-cı ilin ilk 3 ayı ərzində isə bu göstərici 42 nəfər təşkil edib.
Məlumata əsasən, bu hallar valideynlərin soyadlarının fərqli olması və qeydiyyat zamanı qanunvericiliyə uyğun seçimlərin edilməsi ilə bağlıdır.