
Bu gün Çernobıl faciəsi-nin baş verməsindən 40 il keçir.
Realmedia.info xəbər verir ki, qəza 1986-cı il aprelin 26-da Ukrayna-nın paytaxtı Kiyev yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyası-nın 4-cü enerji blokunda baş verib. Güclü partlayış və yanğın nəticəsində ətraf mühitə böyük miqdarda radioaktiv maddələr yayılıb.
Faciə XX əsrin ən böyük texnogen fəlakəti hesab olunur. İlk günlərdə 50 nəfər həyatını itirib, ümumilikdə isə minlərlə insan radiasiyanın qurbanı olub, on minlərlə insan sağlamlığını itirib.
Qəza nəticəsində Ukrayna, Rusiya və Belarus ərazilərinin 145 min kvadrat kilometrdən çox hissəsi çirklənib, yüz minlərlə insan doğma yurdlarını tərk etməyə məcbur qalıb.
Qeyd edək ki, 2000-ci il dekabrın 15-də stansiyanın fəaliyyəti tam dayandırılıb. Birləşmiş Millətlər Təşkilatı isə aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edib.