
Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyanın Kölndə şəhərində səyyar konsulluq xidmətləri həyata keçirəcək.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən “X” sosial şəbəkəsində paylaşım edilib.
Məlumata görə, səyyar konsulluq xidmətlərinin əsas məqsədi Almaniyada yaşayan Azərbaycan vətəndaşlarına daha operativ və rahat şəkildə konsulluq xidmətlərinin göstərilməsidir.
Xidmət çərçivəsində vətəndaşlara sənədləşmə, konsulluq arayışları və digər zəruri prosedurlarla bağlı dəstək göstəriləcəyi bildirilir.
Qeyd edək ki, səyyar konsulluq xidmətləri xüsusilə xaricdə yaşayan diaspor üzvlərinin ehtiyaclarını yerindəcə qarşılamaq üçün həyata keçirilir.