
Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Ziyarət zamanı rəhbər heyət müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanıb və onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Hərbi qulluqçulara yüksək peşəkarlıq və diqqətlə xidmət göstərdiyinə görə tibbi heyətə təşəkkür edilib.