
Nobel mükafatlı biokimyaçı Əziz Sancar və komandası ölümcül beyin xərçəngi növlərindən biri olan glioblastoma üzərində aparılan təcrübələrdə əhəmiyyətli nəticələr əldə ediblər. Siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, Sancar və tədqiqat qrupu glioblastomanı tamamilə yox etməyə nail olub.
Bu nailiyyət tibb dünyasında, xüsusilə glioblastomanın müalicəsində inqilabi inkişaf kimi qiymətləndirilir və gələcəkdə insanlarda müalicə metodlarının inkişaf etdirilməsi üçün ümidverici perspektivlər açır.