
Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılan araşdırma çay və qəhvənin çox isti halda içilməsinin insan sağlamlığı üçün ciddi risklər yaratdığını üzə çıxarıb.
Realmedia xəbər verir ki, 12 il ərzində 328 mindən çox şəxsin sağlamlıq göstəriciləri izlənilib. Tədqiqat zamanı iştirakçıların gündə neçə fincan və hansı temperaturda çay və qəhvə içdiyi qeydə alınıb.
Məlum olub ki, gündə 8–9 fincandan çox isti içki qəbul edən şəxslərdə mədə xərçəngi riski 54 faiz artıb. Çox isti içkiləri davamlı şəkildə içənlərdə isə risk iki dəfədən artıq yüksəlib.
Alimlərin sözlərinə görə, nəticələr yaş, həyat tərzi və siqaret istifadəsi kimi amillər nəzərə alındıqdan sonra da dəyişməyib.