
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında diqqətçəkən açıqlama verib.
RealMedia.info xəbər verir ki, ABŞ lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Ərdoğanla münasibətlərindən danışıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənim çox yaxşı dostumdur. Biz birlikdə çox yaxşı işləmişik. Onu bəyənirəm. Ərdoğan möhtəşəm lider və çox güclü insandır. O, mənə hörmət bəsləyir, mən də ona hörmət edirəm”, – deyə Tramp bildirib.
Qeyd edək ki, son illərdə Vaşinqton və Ankara arasında müxtəlif məsələlər üzrə fikir ayrılıqları yaşansa da, Tramp və Ərdoğan şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayıblar.