
Slovakiyanın Baş naziri Robert Fico Azərbaycan Prezidenti Ilham Aliyevin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirləri müdafiə edib.
Slovakiya hökumət başçısı bu barədə mayın 9-da Rusiyadan geri qayıdarkən hökumət təyyarəsindən paylaşdığı videomüraciətdə danışıb.
Robert Fitso çıxışı zamanı Azərbaycanın mövqeyinə toxunaraq Prezident İlham Əliyevin European Parliament barədə səsləndirdiyi fikirlərin doğru olduğunu bildirib.
“Yeri gəlmişkən, İrəvanda mən suveren xarici siyasət nümunəsinin şahidi oldum. Bu dəfə ölkəsinə qarşı qəbul edilən müxtəlif bəyannamələrə və qətnamələrə görə Avropa Parlamentini sərt şəkildə tənqid edən Azərbaycanın və onun Prezidentinin timsalında”, – deyə Slovakiyanın Baş naziri qeyd edib.
O vurğulayıb ki, Prezident İlham Əliyev həqiqəti dilə gətirib.
“Prezident Əliyev tam həqiqəti deyərək bildirdi ki, Avropa Parlamenti başqalarının işinə qarışmaq və yalanlar yaymaq əvəzinə ilk növbədə Avropanın öz problemləri ilə məşğul olmalıdır. Çünki Avropada kifayət qədər problemlər mövcuddur”, – deyə Robert Fitso əlavə edib.