
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni arasında geniş tərkibdə görüş keçirilib.
Realmedia.info xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə enerji, ticarət, investisiya və digər istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsi məsələlərinə toxunulub.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün Azərbaycan-İtaliya münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərəcəyi qeyd olunub.







