
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib.
Realmedia.info xəbər verir ki, görüşdə hər iki ölkənin nümayəndə heyətləri iştirak edib. Tərəflər Azərbaycan ilə Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Görüş zamanı iqtisadi, ticarət, enerji, nəqliyyat və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu cür görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.


