
Ermənistanın baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb. O, bu ehtimal edilən səfərin Avropa Siyasi Birliyinin gələcək sammiti çərçivəsində baş tuta biləcəyini bildirib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq Ermənistanda təşkil olunan tədbirdə məsafədən də olsa iştirak edir.
İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılış mərasimində çıxış edən Paşinyan bildirib: “Ümidvaram ki, 2028-ci ilə təsadüf edəcək 10-cu sammit çərçivəsində mənim də Azərbaycana səfər etmək şansım yaranacaq”.
Qeyd edək ki, bu cür səfər baş tutacağı təqdirdə, regionda siyasi dialoqun inkişafı baxımından mühüm addım kimi qiymətləndirilə bilər.