
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya və Sakit okean üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Charnvirakul ilə görüş keçirib.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlər, Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri və regional məsələlər müzakirə olunub.
Ceyhun Bayramov “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda görüşdən məmnunluğunu ifadə edərək tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
