
ABŞ-ın vitse-prezidenti İranla aparılan danışıqlarla bağlı açıqlama verib.
O bildirib ki, tərəflər arasında bir sıra məzmunlu müzakirələr aparılıb və bu, müsbət məqam hesab olunur:
“İranlılarla bir çox məzmunlu müzakirələr apardıq – bu, yaxşı xəbərdir. Pis xəbər isə hələlik razılığa gələ bilməməyimizdir. Məncə, bu, ABŞ-dən daha çox İran üçün mənfi haldır”.
Rəsmi Vaşinqtonun təmsilçisi danışıqların nəticəsiz qalmasına baxmayaraq dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Hazırda tərəflər arasında gələcək görüşlərin olub-olmayacağı ilə bağlı rəsmi açıqlama verilməyib.