
ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin iclasına qatılıb.
Realmedia.info xəbər verir ki, məlumat "The New York Times" nəşrinə istinadən verilib. Tramp bu addımı ilə ABŞ tarixində Ali Məhkəməyə şəxsən gələn ilk fəaliyyətdə olan prezident adını qazanıb.
Prezident məhkəmənin "doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərman"a baxışında iştirak edib. Sözügedən fərman 2025-ci ilin yanvarında Tramp tərəfindən imzalanmış ilk sənədlərdən biri olub və xüsusilə ölkədə qeyri-qanuni şəkildə və ya turist vizası ilə olan anaların övladlarının ABŞ vətəndaşlığı almaq hüququnu məhdudlaşdırırdı.
Fərmandan sonra bir sıra ştatlar iddia qaldıraraq bunun ABŞ Konstitusiyasının 14-cü düzəlişini pozduğunu bildiriblər. Sözügedən düzəliş "ABŞ-də doğulan və ya naturallaşdırılan bütün şəxsləri" ABŞ vətəndaşı elan edir.