
Realmedia.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz rəsmi “Telegram” hesabında məlumat paylaşıb.
Zelenski bildirib ki, səfər çərçivəsində mühüm görüşlər planlaşdırılıb:
"Biz dəstəyi yüksək qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə birlikdə işləməyə hazır olanları dəstəkləyirik" – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu əməkdaşlıq xüsusilə pilotsuz uçuş aparatlarından (PUA) müdafiə imkanlarının gücləndirilməsini əhatə edir.
Hazırda səfərin detalları açıqlanmayıb, lakin görüşlərin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından əhəmiyyətli olacağı gözlənilir.
