
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 28-dən etibarən Yaxın Şərqdə yaranmış ciddi böhranın aradan qaldırılmasının vacibliyini vurğulamaq üçün Ər-Riyada keçirilən görüşdə iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, müzakirələr zamanı nazir qeyd edib ki, eskalasiyanın nəticələri yalnız müəyyən ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradır və mülki şəxslərin həyatını, həmçinin infrastrukturunu təhlükə altına qoyur.
Görüş çərçivəsində iştirakçılar regionda sülh və sabitliyin təmin edilməsi üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıblar.