
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.
Danışıq zamanı nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər bölgədə gərginliyin artmasından narahatlıqlarını ifadə edərək, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Həmçinin regional sabitliyin qorunmasının əhəmiyyəti qeyd olunub və diplomatik səylərin davam etdirilməsinin vacibliyi bildirilib.