
İlham Əliyev ilə Fridrix Merts arasında telefon danışığı baş tutub.
Məlumata görə, söhbət zamanı Yaxın Şərqdə davam edən gərginliklə bağlı narahatlıq ifadə olunub və bu proseslərin Cənubi Qafqaz regionuna mümkün təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Almaniya Kansleri Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini müsbət qiymətləndirərək, bunun regionda sabitlik üçün vacib rol oynadığını vurğulayıb.
Tərəflər eyni zamanda iki ölkə arasında münasibətlərin gələcək perspektivlərini, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.