
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq münasibətlərdə artan gərginliklərə diqqət çəkərək dünyada təhlükəli proseslərin sürətləndiyini bildirib.
O qeyd edib ki, hazırda qlobal sistemdə hüququn aliliyi deyil, kobud gücün tətbiqi ön plana çıxır:
“Dünyamız kobud gücün tətbiq olunduğu və güc qanununun işlədiyi xaotik bir dövrə doğru sürətlə gedir. Bunu qonşumuz İranla bağlı başlayan prosesdə bir daha görürük”.
Türkiyə lideri regional sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin genişmiqyaslı qarşıdurmalara yol aça biləcəyini bildirib. Onun sözlərinə görə, diplomatiya və dialoq regional təhlükəsizliyin təmin olunmasında əsas vasitə olaraq qalmalıdır.