
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün beynəlxalq münasibətlər yeni bir mərhələyə qədəm qoyur: “Təəssüf ki, bu mərhələdə artıq hüququn aliliyi deyil, gücün hökmranlığı üstünlük təşkil edir. Biz bunu dünyanın müxtəlif bölgələrində açıq şəkildə görürük.”
Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa və əməkdaşlığa əsaslanan münasibətləri dəstəkləyir və regional sabitliyin qorunmasına töhfə verməyə davam edəcək.