
Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Tədbirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qatılıb və iclaslarda çıxış edib.
Azərbaycan paytaxtında baş tutan bu mühüm enerji forumları çərçivəsində tərəfdaş ölkələr və beynəlxalq nümayəndələr enerji təhlükəsizliyi, qaz təminatının davamlılığı və bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edirlər.
Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinin rolu, təchizat zəncirinin gücləndirilməsi və Avropa energetikasına əlavə qaz həcmlərinin çatdırılması kimi strateji məsələlər gündəmdədir.
Görüşlərdən sonra müvafiq nəticələrə dair mətbuat konfransı planlaşdırılır.