
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti Duncan Norman-ı Azərbaycan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Bu barədə Britaniyanın Xarici, Birlik Üzvlüyü və İnkişaf Ofisi rəsmi məlumat yayıb.
Norman hazırkı səfir Fergus Auld-u əvəz edəcək və bu vəzifəyə 2026-cı ilin may ayında başlayacaq.
Yeni təyin olunmuş səfir özünün “X” sosial media hesabında paylaşım edərək ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı prioritetlər üzərində əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözlədiyini bildirib.
Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və enerji, ticarət, təhlükəsizlik, təhsil kimi sahələrdə strateji əməkdaşlıq davam edir.
Yeni səfirin təyinatı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım sayılır.