
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlama verib.
O bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcək:
"Biz buradan yolumuzu Azərbaycana davam etdirməkdən məmnunuq. Sülhün əldə edilməsi yalnız ilk addımdır və biz bu gün bu sülhün təmin edilməsi ilə məşğuluq," – deyə C.Vens qeyd edib.