
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens rəsmi səfəri çərçivəsində əvvəlcə Ermənistanın paytaxtı İrəvana səfər edib və bundan sonra Bakıya yola düşüb.
Səfər proqramına uyğun olaraq, Vens həm Ermənistan, həm də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. ABŞ səfirliyinin məlumatına görə, bu səfər ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirmək və Cənubi Qafqazda sülh və sabitliyi gücləndirmək məqsədi daşıyır.
Vitse-prezidentin səfəri regionda strateji əməkdaşlıq, iqtisadi layihələr və diplomatik dialoqun inkişafına xidmət edəcək.