
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fevralın 5-də Əbu-Dabidə afqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.
Görüş zamanı qadın hüquqları, təhsil və sosial layihələr barədə fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.