
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təşkilatın təsisçi üzvü kimi salamlayıb.
Realmedia xəbər verir ki, bu barədə Sülh Şurasının “X” sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda bildirilib: “Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”.
Qeyd edək ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.