
Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 21-də İsveçrənin Davos şəhərində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp xüsusi müraciətlə çıxış edib.
Realmedia xəbər verir ki, müraciətdən sonra Donald Trampın iştirakı ilə panel iclas təşkil olunub. Panel müzakirələrində qlobal iqtisadiyyat, beynəlxalq əməkdaşlıq və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva da Davosda keçirilən tədbirdə iştirak ediblər. Prezident İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq platformalarda fəal mövqeyinin və qlobal iqtisadi proseslərdə rolunun göstəricisi kimi qiymətləndirilir.






