
Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13%-dək azaltmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” adlı vebinar zamanı açıqlayıb.
O, xatırladıb ki, 2022-ci ildə Azərbaycanda büdcə qaydası tətbiq olunub və onun əsas göstəricisi qeyri-neft ÜDM-ə nisbətdə ilkin qeyri-neft kəsiridir.