
Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
İstanbul təmsilçisi təcrübəli mütəxəssis İsmail Kartal ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İsmail Kartal daha əvvəl müxtəlif vaxtlarda dörd dəfə “Fənərbağça”nın baş məşqçisi vəzifəsində çalışıb. Klub rəhbərliyi yeni mövsümdə komandanın uğurlu çıxışı üçün yenidən ona etimad göstərib.
Təcrübəli çalışdırıcının komandaya qayıdışı azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Realmedia.info