
“İnanmıram ki, Juninyonun bura gəlmək şansı olsun. Amma gəlsə, ‘yox’ demərəm”.
Realmedia.info xəbər verir ki, bu sözləri Qurban Qurbanov – Qarabağ FKnın baş məşqçisi deyib.
Mütəxəssis hazırda Pumas UNAM klubunda çıxış edən sabiq futbolçusu Olavio Juninyonun geri qayıtması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qurbanov futbolçunun hazırkı formasını da dəyərləndirib: “Yaxşı çempionat keçirir. Son oyunlarda az fərqlənsə də, vacib qollar vurur”.
Baş məşqçi eyni zamanda komandanın transfer planlarına da toxunub. Onun sözlərinə görə, heyətdə həm say, həm də keyfiyyət baxımından ehtiyac var: “Hər mövqeyə baxılır.
Çempionat düşündüyümdən daha gərgin keçir. Bəzən zədə və cəzalar rotasiyaya mane olur. Bu səbəbdən yayda bir neçə mövqeyə transferlər etməyi planlaşdırırıq”.
Qeyd edək ki, Juninyo 2025-ci ilin yanvarında Qarabağ FKdan 5 milyon avro qarşılığında Flamengo klubuna transfer olunmuşdu.