
🥇 Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Tbilisi şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
İdmançı turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. O, bu dəfə Böyük Britaniya təmsilçisi Kelli Petersen üzərində inamlı qələbə əldə edib.
Bu nəticə ilə Südabə Ağayeva yarışın 1/8 final mərhələsinə vəsiqə qazanıb.