
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, finala yüksələn idmançılar bacı-qardaşdır. Onların bu uğuru həm azarkeşlər, həm də mütəxəssislər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Final mərhələsində gimnastlarımızın çıxışı böyük maraqla gözlənilir.