
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib.
Çin klubundan olan “Çenqdu Ronqçenq” ilə üz-üzə gələn “ağ-qaralar” matçda 3:1 hesabı ilə qələbə qazanıblar.
Komandanın toplanış müddətindəki çıxışları və oyunçuların forması məşqçilər tərəfindən müsbət qiymətləndirilib.
“Neftçi” növbəti mövsüm üçün hazırlıqlarını yüksək səviyyədə davam etdirir.