
Bu barədə Realmediaya Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib. Bildirilib ki, idmançının təqdim etdiyi dopinq nümunəsində qadağan olunmuş maddə — S4 kateqoriyasına aid Hormon və Metabolik Modulyatorlar qrupundan Trimetazidin aşkar edilib.
Qayda pozuntusuna görə Rəna Əsgərova 3 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Diskvalifikasiya müddətinin 2025-ci il iyulun 16-dan etibarən qüvvəyə mindiyi qeyd olunub.
AMADA dopinqə qarşı mübarizənin idmanda şəffaflıq və ədalətin qorunması baxımından prioritet olduğunu bir daha vurğulayıb.